Azərbaycanda vətəndaşlar qiymət baxımınan sərfəli olduğuna görə daha çox “Arazsupermaket” və “OBA market”dən alış-verişə üstünlük verir.
FED.az-ın onlayn səsvermə qaydasında elan etdiyi sorğusunun nəticələrinə görə, vətəndaşlar üçün ən sərfəli marketlər siyahısında ilk üçlükdə “Arazsupermarket”, “Oba market” və “Bravo market” qərarlaşıb.
On gün davam edən onlayn səsvermə sorğusuna 1142 respondent qatılıb.
Altı tanınımış ticarət mərkəzi ilə bağlı elan sorğunun nəticələrinə görə, ilk yerləri 35,46%-lə “Arazsupermarket” və 22,85%-lə “OBA Market” tutub.
Növbəti yerləri “Bravo market” (21,19%), “Bazarstore” (14,27%), “Rahat market” (4,2%) və sonuncu yer “Neptun market” (2,01%) bölüşüb.