2025-ci ilin yanvar ayı ərzində Azərbaycan Yeni Zelandiyadan 1,9 milyon dollar dəyərində 254 ton kərə yağı ixrac edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Həmin göstəricinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 343,5 min dollar(15%), miqdar ifadəsi ilə 128 ton (33,5%) azalıb.
Qeyd edək ki, 2024-cü ilin yanvarında Azərbaycan Yeni Zelandiyadan 2,3 milyon dollar dəyərində 382 ton kərə yağı idxal edib.
Bu dövrdə 1 kq kərə yağının orta idxal qiyməti 12,99 manata bərabər olub ki, bu da illik 2,83 manat (27,8%) artım deməkdir.
Ötən ilin müvafiq dövründə isə 1 kq yağın orta idxal qiyməti 10,16 manat olub.