2024-cü ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrdən 4 milyon 835 min ABŞ dolları dəyərində 2 min 102 ton qurudulmuş üzüm idxal edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2023-cü il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1 milyon 759 min dollar və ya 57,2%, miqdar baxımından isə 464 ton və ya 28,3% çoxdur.
2023-cü ilin yanvar-mart aylarında 3 milyon 76 min dollar dəyərində 1 638 ton üzüm qurusu gətirlib.
1 kq üzümün orta idxal qiyməti bu ilin ilk 3 ayına görə 3,91 manata başa gəlib ki, bu da illik müqayisədə 0,72 manat və ya 22,5% çoxdur.