2024-cü ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrdən 5 milyon 394 min ABŞ dolları dəyərində 2 min 363 ton qurudulmuş üzüm idxal edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2023-cü il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1 milyon 940 min dollar və ya 56,1%, miqdar baxımından isə 527 ton və ya 28,7% çoxdur.
2023-cü ilin yanvar-aprel aylarında 3 milyon 454 min dollar dəyərində 1 836 ton üzüm qurusu gətirlib.
1 kq üzümün orta idxal qiyməti bu ilin ilk 4 ayına görə 3,89 manata başa gəlib ki, bu da illik müqayisədə 0,68 manat və ya 21,3% çoxdur.