2024-cü ilin sentyabr ayında Azərbaycanda uzun düyünün 1 kq-nın orta satış qiyməti 4.52₼ təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu əvvəlki ilin sentyabr ayı ilə müqayisədə 0,07₼ və ya 2% azdır.
Bununla yanaşı yerli istehsal olan uzun düyünün 1 kq-ının qiyməti 4,52₼ təşkil edib ki, bu da illik fərqlə 0,67₼ və ya 13% azdır.
Xaricdən gətirilmiş düyünün 1 kq-nı isə 4,38 ₼ təşkil edib. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,33₼ və ya 8% çoxdur.
Məlumat üçün bildirək ki. 2023-cü ilin sentyabr ayında 1 kq uzun düyünün orta qiyməti 4,59% manat təşkil edib.
Yerli düyünün qiyməti 5,22₼, idxal düyünün qiyməti isə 4,05₼ olub.