Azərbaycanın ən böyük pivə istehsalçısı olan «Carlsberg Azerbaijan» MMC istehsal etdiyi pivə növlərinin qiymətlərini artırıb.
FED.az şirkətə istinadən xəbər verir ki, şirkətin elanına əsasən pivələr 3%-dən 54%-ədək həddə bahalaşıb.
Açıqlanan qiymətlərdən aydın olur ki, ən çox bahalaşan pivə növü «Xirdalan bankada 0.45 L» olub. Bu məhsulun distribütorla satış qiyməti 1,62 manatdan 2,5 manata yükəlib.
«Tuborg Green bankada 0.45 L» pivəsi isə 17% bahalaşaraq 2,14 manatdan 2,5 manata qalxıb.
Birbaşa satışlara gəldikdə isə «Xirdalan bankada 0.45 L» 1,87 manatdan 2,88 manata yüksəlib.
«Əfsanə» pivələri 4,5-6,4%, «Baltika» pivələri 3,6-13,3%, «Carlsberg» pivələri 6,7%, « Tuborg» pifələri 7,17%, «Xırdalan» pivələri isə 2,4%-dən 54%-ə qədən bahalaşıb.
Qeyd edək ki, «Carlsberg Azerbaijan» şirkəti 2023-cü il ərzində artıq 2-ci dəfədir ki, pivənin qiymətini artırır. İlk artım bu ilin yanvarında baş vermişdi. Yeni qiymətlər noyabrın 30-dan qüvvəyə minəcək.