2025-ci ilin yanvar-aprel aylarında Azərbaycana 65 milyon 474 min ABŞ dolları dəyərində 9 min 323.5 ton kərə yağı idxal edilib.
FED.az Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir..
Məlumata görə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 24,5 milyon ABŞ dolları və ya 59,8%, həcm baxımından isə 1 387 ton və ya 17,5% artıb.
Bildirək ki, 2024-cü ilin ilk 4 ayında Azərbaycana 40 milyon 975 min ABŞ dolları dəyərində 7 min936 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.
Hesabat dövründə kərə yağı və süddən hazırlanmış digər yağların ümumi idxalda payı 0,81% təşkil edib.
Qeyd edək ki, bu ilin ilk 4 ayında idxal edilmiş kərə yağının 1 kiloqramının orta qiyməti əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 35.2% artaraq 11,9 manata bərabər olub.