Bu ilin ilk 7 ayında Azərbaycana 47,6 milyon dollar həcmində 7 min 814 ton çay idxal edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, çay idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 4,6 milyon dollar və ya 10,8% azalıb, miqdar ifadəsilə isə 528 ton, başqa sözlə 6,3% azalıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycandan 52,9 milyon dollar dəyərində 8 min 343 ton çay idxal olunmuşdu.
Bu ilin ilk 7 ayının nəticələrinə görə Azərbaycanın idxal etdiyi çayın 1 kiloqramının orta idxal qiyməti 10 manat 35 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 10 manat 78 qəpik idi. Bu da illik müqayisə ilə 43 qəpik və ya 4% ucuzlaşma deməkdir.
Bu il 7 ayında ümumi idxalın 0,35%-i çayın payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 0,49% olub.