Bu ilin ilk 7 ayında Azərbaycana 140,1 milyon dollar həcmində 646 min 335 ton buğda idxal edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, buğda idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 37,5 milyon dollar və ya 36,6%, miqdar ifadəsilə isə 185 min 690 ton, başqa sözlə 40,3% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycandan 102,6 milyon dollar dəyərində 460 min 645 ton buğda idxal olunmuşdu.
Bu ilin ilk 7 ayının nəticələrinə görə Azərbaycanın idxal etdiyi buğdanın 1 kiloqramının orta idxal qiyməti 37 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 38 qəpik idi. Bu da illik müqayisədə cüzi ucuzlaşma deməkdir.
Bu il 7 ayında ümumi idxalın 1,03%-ü buğdanın payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 0,95% olub.