2024-cü ilin yanvar-aprel aylarında Azərbaycan Rusiyaya 68 milyon 345 min ABŞ dolları dəyərində 50 min 910 ton pomidor ixrac edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2023-cü il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 17 milyon 296 min dollar və ya 33,9% artıb, miqdar baxımından isə 9 min 155 ton və ya 21,9% azdır.
2023-cü ilin yanvar-aprel aylarında Rusiyadan 51 milyon 48 min dollar dəyərində 41 min 755 ton pomidor ixrac etmişdi.
Bu dövrdə Azərbaycandan Rusiyaya ixrac edilən pomdiorun 1 kiloqramının ixrac qiyməti 2,28 manat olub. Xatırladaq ki, 2023-cü ilin eyni dövründə bu rəqəm 2,08 manat idi. Bu da ixrac qiymətinin illik müqayisədə 20 qəpik (9,8%) artması deməkdir.
Qeyd edək ki, pomidor ixracı Azərbaycanın ixrac məhsulları sırasında mühüm yer tutur və xaricə böyük həcmdə pomidor ixrac edir. 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycandan xarici ölkələrə 71 milyon 167 min dollar dəyərində 52 min 175 ton pomidor ixrac olunub.
Yəni, xaricə satılan pomidorun 1 kiloqramının ixrac qiyməti 2,31 manat təşkil edib.