2025-ci ilin yanvar-may aylarında Azərbaycana 38 milyon 113 min dollar dəyərində 6 min 290 ton çay idxal olunub.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, çay idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 12 milyon 414 min dollar və ya 48,3%, miqdar ifadəsilə isə 1 min 169 ton, başqa sözlə 22,8% artıb.
2024-cü ildə isə Azərbaycana 25 milyon 699 min dollar dəyərində 5 min 121 ton çay idxal olunmuşdu.
Bu dövrdə Azərbaycana idxal olunan çayın 1 kiloqramının orta qiyməti 10 manat 30 qəpik olub. Xatırladaq ki, 2024-cü ilin eyni dövründə bu rəqəm 8 manat 53 qəpik idi. Bu da illik müqayisədə 1 manat 77 qəpik və ya 20,7% artım deməkdir.
Bu il ümumi idxalın 0,38%-i çayın payına düşüb.