2025-ci ilin yanvar-may aylarında Azərbaycana 11 milyon 359 min dollar dəyərində 7 min 5 ton süd və qaymaq idxal olunub.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, süd və qaymaq idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 2 milyon 721 min dollar və ya 31,5%, miqdar ifadəsilə isə 1 min 421 ton, başqa sözlə 25,4% artıb.
2024-cü ildə isə Azərbaycana 8 milyon 638 min dollar dəyərində 5 min 584 ton süd və qaymaq idxal olunmuşdu.
Bu dövrdə Azərbaycana idxal olunan süd və qaymağın 1 kiloqramının orta qiyməti 2 manat 75 qəpik olub. Xatırladaq ki, 2024-cü ilin eyni dövründə bu rəqəm 2 manat 64 qəpik idi. Bu da illik müqayisədə 11 qəpik və ya 4,2% artım deməkdir.
Bu il ümumi idxalın 0,11%-i süd və qaymağın payına düşüb.