Bu ilin yanvar-aprel aylarında Azərbaycan 90 milyon 535 min ABŞ dolları 419 min 105 ton buğda idxal edib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Ötən ilin eyni dövrü ilə müqayisədə idxal həcm baxımından 152 min 496 ton və ya 57,1%, dəyər baxımından isə 30 milyon 838 min ABŞ dolları və ya 51,6 % çoxdur.
1 kq buğdanın idxalı ilk 4 ayın nəticələrinə əsasən 37 qəpiyə bərabər olub ki, bu da illik 1 qəpik (3,5%) azdır.
Ötən ilin yanvar-aprel aylarında Azərbaycan 59 milyon 698 min ABŞ dolları 266 min 609 ton buğda idxal edib.
Hesabat dövründə buğda idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 1,1 %-ni təşkil edib.