ABŞ-da yaranan yumurta qıtlığı, hökuməti bu sahədəki qanunlara yenildən baxmağa və lüzumsuz qadağaları ləğv etməyə məcbur edib.
FED.az xəbər verir ki, ABŞ Nümayəndələr Palatası yumurtanın qiymətinin azaldılması barədə qanunu müzakirə etməyə başlayıb.
Qanunda əsas bəndlərdən biri yumurtaların istifadəyə təyinatına görə onların saxlama şəraitinin fərqli olmasıdır.
Belə ki, indiyədək ABŞ-dakı qanuna əsasən təsərrüfatda toyuqlar yumurta qoyan kimi, onun soyuducuda saxlanması şərt idi. Vaxtında soyuducuya qoyulmayan yumurtalar məhv edilirdi. Fermerlər qarşısında bu məsələ tələb kimi qoyulmuşdu.
İndi isə qanunda deyilir ki, yumurtaların təyinatı fərqli ola bilər və bəzi yumartaları dərhal soyuducuya qoymaq lazım deyil. Məsələn, əvvəlki qanun xammal kimi istifadə olunan və soyudulması tələb olunan yumurtalarla sındırılıb istifadə olunan və tort, salat, xəmir yeməklərində istifadə olunan yumartalar arasında fərq qoymurdu.
Nəticədə yumurta istehsalçıları vaxtında soyuducuya qoya bilmədikləri yumurtalar atmalı olurdular. Buq ayda səbəbindən hər il təqribən 400 milyon ədəd normal, istifadəyə yararlı yumurta atılırdı. Yeni qanun isə ikinci bənddəki, yumurtaların istifadəsinə icazə verəcək. Bu da hər il 100 milyonlarla ədəd yumurtanın bazara qaytarılması deməkdir.
Maraqlıdır ki, bu qanunun qüvvədə olduğu 15 il ərzində indiyədək 6 milyard yumurta tullantı kimi atılıb.