2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanda 1750,2 milyon manatlıq qida məhsulları istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə qida məhsullarının istehsalı 2,2 % və ya 39 milyon manat azalıb.
2022-ci ilin yanvar aprel-aylarında bu göstərici 1789,2 milyon manat təşkil edib.