2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanda 488,8 milyon manat həcmində içki məhsulları istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə içki məhsullarının istehsalı 102,1 milyon manat və ya 26,4% artıb.
2022-ci ilin yanvar-avqust aylarında bu göstərici 386,7 milyon manat təşkil edib.