2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanda 471,7 min ton avtomobil benzini istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə avtomobil benzininin istehsalı 31,1 % və ya 111,9 min ton artıb.
2022-ci ilin yanvar aprel-aylarında bu göstərici 359,8 min ton təşkil edib.
2023-cü ilin 1 may tarixinə hazır məhsul ehtiyatı 33,7 min ton təşkil edib. Bu göstərici də keçən ilin müvafiq dövrü ilə müqyaisədə 142,4% (2,1 dəfə) yaxud 19,8 min ton çoxdur.
2022-ci ilin 1 may tarixinə hazır məhsul ehtiyatı 13,9 min ton olub.