2023-cü ilin yanvar-may aylarında Azərbaycanda 327 ədəd traktor istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə traktor istehsalı 130 ədəd və ya 66,0% artıb.
2022-ci ilin yanvar may-aylarında bu göstərici 197 ədəd təşkil edib.
01.06.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 12 ədəd olub.