2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan 15 min 252,88 ton meşə fındığı ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 20,7% çoxdur.
Azərbaycanın xaricə satdığı meşə fındığı -16%-DƏN ÇOX BAHALAŞIB - QİYMƏTLƏR
FED.az xəbər verir ki, bu barıdı Dövlət Statistika Komitəsi bildirir.
İxracın olunmuş meşə fındığının dəyəri $78 milyon 256,2 min (artım 10,8%) təşkil edib.
Azərbaycan fındığının əsas idxalçıları İtaliya, Rusiya və Almaniyadır.
Xüsusilə cari ilin yanvar-sentyabr aylarında Rusiyaya $40 milyon 246,3 min dəyərində 8 min 452,84 min ton (artım 47,6%), Almaniyaya - $14 milyon 373,14 min dəyərində 2,529 min ton (artım 25%), İtaliyaya - $10 milyon 416,29 min dəyərində 1,849 min ton (azalma 55,8%) meşə fındığı ixrac edilib.
Bundan başqa, yanvar-sentyabr ayıları ərzində Azərbaycan İsveçrəyə $4 milyon 665,95 min dəyərində 780 ton, Türkiyəyə $2 milyon 230 min dəyərində 419,5 ton, Latviyaya $1 milyon 171,87 min dəyərində 218 ton, Fransaya $1 milyon 195,48 min dəyərində 212,32 ton meşə fındığı ixrac edib.
Azərbaycan dünyada meşə fındığının ən iri istehsalçılarından və ixracatçılarından biridir. (İnterfaks-Azərbaycan)