Azərbaycan 2023-cü ilin yanvar-sentyabar aylarında 54,187 min ton təzə alma (artım 36,1%) ixrac edib.
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
İxrac olunmuş almanın dəyəri $34 milyon 438,69 min (аrtım 33,4%) həcmində qiymətləndirilir.
İxracın əsas həcmi Rusiyanın payına düşüb. Xüsusilə, 9 ay ərzində RF-yə $31 milyon 521,63 min dəyərində (artım 26%) 48,107 min ton təzə alma (artım 27%) ixrac edilib. Ümumilikdə, Azərbaycandan alma ixracının 88,8%-i Rusiyanın payına düşüb. (İnterfaks- Azərbaycan)