13 mart tarixində keçirilən "STARTUP ECOSYSTEM SPRING MEETUP" tədbirində müxtəlif startap qurucuları görüləcək işlər haqqında məlumat verib.
Torpaqların suvarılması üçün yeni üsul tapıldı – 1 HEKTARA 40 KQ LAZIMDIR – YENİ LAYİHƏ
Lokal startapların beynəlxalq bazarlara çıxışını təmin etmək üçün Azərbaycanda akselerasiya yaradılır.
FED.az xəbər verir ki, bu barədə "GoUp" icması nümayəndəsi Elşad Ağazadə məlumat verib.
O öz çıxışında bildirib ki, "Əsas hədəf lokal startapları beynəlxaq bazara əsasən Amerika Bazarına (Silikon Vadi) çıxartmaqdır. Məqsədimiz il ərzində 50 uğurlu startapın qlobal bazara çıxışını təmin etməkdir. Biz investorların qarşısına həqiqətəndə uğurlu olan işlər çıxartmalıyıq. Startaplara mentor dəstəyi göstərərək ideya mərhələsindən MVP mərhələsinə gələnə qədər startplara lazımı bütün dəstəyi verəcəyik. Həmçinin də resurslarlada təmin edəcəyik. Startaplar investor qarşısına çıxmazdan əvvəl müəyyən təlim mərhələsindən keçməlidir. Biz məhz akselerasiyanı bu məqsədlə qururuq. 4 dalğadan ibarət olararaq biz startaplara mentor dəstəyi verəcəyik. Hər bir dalga 8-10 həftə çəkəcək. İdeya məhsul halını aldıqda biz həmin məhsulu Silikon Vadisində investorların qarşısına çıxardacağıq".