Bakı Dövlət Universiteti Elmi Şurasının bu gün keçirilən iclasında rektor vəzifəsini icra edən, professor İradə Əliyevanın təklifi əsasında 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə universitetin bütün əməkdaşlarına birdəfəlik pul mükafatının verilməsi barədə qərar qəbul edilib.
ELƏCƏ DƏ BAX: Bayrampulu veriləcək ailələrin sayı - AÇIQLANDI
BDU-dan FED.az-a verilən məlumata görə, pul mükafatı ümumilikdə 3 minədək əməkdaşa şamil edilib.
Eyni zamanda, əvvəlki illərdə olduğu kimi, gələn ildə də differensasiya yolu ilə elm, tədris və ictimai fəaliyyət sahəsində fərqlənən və xüsusi nailiyyətləri olan 300-dək professor-müəllim heyətinin əmək haqqının artırılması məsələsi də müzakirə edilib.
Yeni rektordan 3 minədək müəllimə - BAYRAM SÜRPRİZİ
19:23
20 Dek 2018