Prezident İlham Əliyev “Sosial Tədqiqatlar Mərkəzinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 8 fevral tarixli 525 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” f’rman imzalayıb.
ELƏCƏ DƏ BAX: Zahid Oruc yeni qurumun sədri təyin edildi – SƏRƏNCAM
FED.az-ın məlumatına görə, dəyişiklik Sosial Tədqiqatlar Mərkəzinə rəhbərlik və nəzarətlə bağlıdır.
Fərmana əsasən, Mərkəzə ümumi rəhbərliyi və nəzarəti üç üzvdən ibarət İdarə Heyəti həyata keçirəcək.
Qeyd edək ki, Sosial Tədqiqatlar Mərkəzi Prezident İlham Əliyevin 8 fevral 2019-cu il tarixli fərmanı ilə yaradılıb. Sosial Tədqiqatlar Mərkəzi (bundan sonra – Mərkəz) ictimai münasibətlərin inkişaf dinamikasını sistemli təhlil edən, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirən və dəyişiklikləri proqnozlaşdıran, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdıran, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin edən, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim edən publik hüquqi şəxsdir.
Yeni Mərkəzə rəhbərlik və nəzarət qaydası - MÜƏYYƏNLƏŞDİ
19:32
11 Fev 2019