Yeni yaradılan ictima çimərliklərdə hər şey ödənişsizdir. Çimərlikdə çətirlər şizlponqlar hətta avtomobil dayanacağı da ödənişsizdir. Bunu FED.az- Bakı Şəhər İstehlak departamentinin direktoru İntiqam Məmmədov bildirib.
Onun sözlərinə görə ictima çimərlikdə bütün xidmətlər ödənişsizdir . Yalnız vətəndaş yemək yemək istəsə buna görə sifarişinin ödənişini etməli olacaq.
Onun sözlərinə görə, axın günlərdə Bilgahda və Buzov ərazisində də ictimai çimərliklər yaradılacaq . “Hesab edirəm ki bu ayın 10 na kimi bu çimərliklər də təhvil verilməlidir. Hazırda işlər gedir. Qısa müddətdə bu işlərə də yekun vurulacaq.
Hazırda nəqliyyat agentliyi ilə danışıqlar aparılır. Bnu həftənin müşahidəsi göstərəcək ki, ictimai çimərliklərə xüsusi avtobuslar olsun yoxsa yox. Bu çimərliyə gələnlərin 95% öz şəxsi avtomobili ilə gələnlər – deyə İntiqam Məmmədov bildirib.
Yaxın günlərdə daha – 2 İCTİMAİ ÇİMƏRLİK FƏALİYYƏTƏ BAŞLAYACAQ
16:51
2 Avq 2019