FED.az xəbər verir ki, Yaponiya Səfirliyi aşağıdakı şərtlərlə işçi axtarır:
Vəzifənin adı: Katib
Işçiyə olan tələb:
- Azərbaycan, ingilis və yapon dili biliyi (Şifahi və yazılı tərcümə, həmçinin sənədlərin tərtibatı bacarığına üstünlük verilir)
- Word, Excel, Power Point proqramlarına dair bilik və təcrübə
- Yaponiya mədəniyyəti və cəmiyyəti haqqında ümumi təsəvvür
Iş saatı: 09:00-dan 17:45-dək (nahar fasiləsi 1 saat)
Iş günləri: Bazar ertəsi-Cümə. İşdən icazə öncədən razılaşma ilə, bundan əlavə, ödənişli məzuniyyət və ödənişli əlavə iş saatları ehtimalı var.
Əmək haqqı: müsahibə zamanı bildiriləcək
Müqavilə müddəti: 1 il(işin müvəffəqiyyətlə yerinə yetirilməsindən asılı olaraq, müqavilənin uzadılma imkanı var)
Iş yeri: Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi və Səfirin İqamətgahı
Yaponiya Səfirliyində çalışmaq istəyən şəxslər, CV aşağıdakı ünvana və yaxud E-poçtuna göndərə bilərlər.
Ünvan: Hyatt Tower III, 6-cı mərtəbə
İzmir küç. 1033, Bakı, 1065
Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi
CV-lərin son qəbul tarixi: 07 avqust, 2018(çərşənbə axşamı günü)
Əlaqə nömrəsi: Tel. 490-78-18/19 (əlaqəli şəxs- Quluzadə Rəşad və Mirzəyeva Günel)
Elektron ünvan: [email protected]