Azərbaycan Respublikası ərazisindən kənarda istintaqdan gizlənən təqsirləndirilən şəxsin tutularaq cinayət prosesini həyata keçirən orqana gətirilməsi ilə əlaqədar çəkilmiş xərclərin məbləği məhkəmə məsrəflərinə daxilı edilib.
ELƏCƏ DƏ BAX: Azərbaycanda rüşvət verdiyinə görə axtarışda olan adam varmış
FED.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin imzaladığı sərəncamla qüvvəyə minən “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda əksini tapıb.
Qanuna əsasən, bu xərc məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə keçirilə bilər.
Xərclərini özləri ödəyəcəklər – YENİ QANUN
20:26
18 Dek 2018