2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycana 15 min 451 ton əczaçılıq məhsulları idxal olunub.
FED.az-ın məlumatına görə, Azərbaycan xarici dərman şirkətlərinə 266 mln. 826,67 min dollar ödəyib.
ELƏCƏ DƏ BAX: Alman şirkəti Bakının bu qəsəbəsində dərman istehsal edəcək
Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, əczaçılıq məhsullarının idxalda xüsusi çəkisi 2.59% təşkil edir.
Qeyd edək ki, 2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycana 228 mln. 328,55 min dollar dəyərində 14 min 259,35 ton əczaçılıq məhsulu gətirilib. Beləliklə, 2018-ci ilin ötən on bir ayında bu məhsulların ölkəyə idxalına çəkilən xərc 16,8% artıb.
Xaricdən dərman almağa daha çox xərcləmişik - RƏQƏMLƏR

20:00
18 Dek 2018