Dünyanın ən böyük pərakəndə şirkəti olan və 1 milyon nəfərin işlədiyi Walmart, işçilərinin saatlıq maaşını 9 dollardan 11 dollara qaldıracağını və bununla yanaşı, 200 ilə 1000 dollar arasında dəyişən mükafat paylayacağını açıqlayıb.Həmçinin Walmart 63 mağazasını bağlayacağını da bəyan edib.
2 ildən az şirkətdə işləyənlərə 200 dollarlıq, 20 il və ya daha çox müddətdir Walmart əməkdaşı olan şəxslərə isə 1000 dollar mükafat veriləcəyi bildirilib.
Fevral ayından etibarən tətbiq olunmağa başlanacaq qərar, ABŞ konqresindən yeni keçən vergi layihəsilə azalan vergi dərəcələrinin işçilərə faydası kimi təqdim olunub.
Walmart, doğum icazəsi siyasətində də dəyişikliyə gedərək doğum icazəsi müddətini artıracağını və uşağı olan çalışanlara da 5 min dollar yardım edəcəyini açıqlayıb. Anaların ödənişli illik icazə müddəti 10 həftəyə qaldırılır, atalara da 6 həftə ödənişli icazə veriləcəkdir.