Vətəndaşların vergi ödəyicisi kimi qeydiyyatda olması onların 190 manatlıq maliyyə yarımı almasına mane olmayacaq.
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Naziri Mikayıl Cabbarovun və onun müavinlərinin keçirdiyi mətbuat konfransında bildirilib.
Koronavirusun Azərbaycana vurduğu – GÜNDƏLİK ZƏRƏR AÇIQLANDI – MƏBLƏĞ
Qeyd edək ki, indiyədək sosial yardım üçün müraciət edən vəzi vətəndaşlar adlarına VÖEN olduğu üçün imtina cavabı alıblar. Hətta VÖEN-in passiv olması (yəni vətəndaşın hazırda sahibkar kimi fəaliyyət göstərməməsi) da qərara təsir etməyib.
Tədbirdə vətəndaşın VÖEN-inin olmasının onun 190 manatlıq müavinətin alınmasına təsir edib-etmədiyi soruşuşub. Nazir Mikayıl Cabbarov bildirib ki, VÖEN-in olması yardım almaq üçün «neytral göstəricidir», yəni bu amil vətəndaşın yardım almasına təsir etmir.
İqtisadiyyat Nazirinin müavini Sahib Ələkbərov isə bildirib ki, bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini ilə müzakirə aparılıb: «Müzakirədə hər iki qurumun mövqeyi ondan ibarət oldu ki, VÖEN-in olması yardımın alınmasına mane olmamalıdır. Çünki bu VÖEN sadəcə nömrədir».