Azərbaycanda koronavirusdan sonrakı dövrdə, yəni 2020-ci ilin 1 mart - 1 avqust aralığında muzdlu işləyən işçilərin sayının necə dəyişdiyi məlum olub.
Eləcə də bax: Azərbaycanda maaşlar ardıcıl 4 aydır ki - AŞAĞI DÜŞÜR
FED.az xəbər verir ki, ölkədə mart ayının 1-dən avqust ayının 1-dək muzdlu işçilərin sayı 39,7 min nəfər və ya 2,4% artıb. Bu artım özəl sektorun payına olub. Belə ki, dövlət sektorunda azalmalar, özəl sektorda isə artım baş verib.
Qeyd edək ki, bu dövrdə özəl sektorda 5,7% və ya 41,3 min nəfər artım, dövlət sektorunda 1,6 və ya 0,2% azalma olub.
FED.az özəl sektorda işçilərin mart-avqust aylarında dəyişməsini təqdim edir:
FED.az dövlət sektorunda işçilərin mart-avqust aylarında dəyişməsini təqdim edir: