Prezident İlham Əliyev dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.
FED.az xəbər verir ki, dövlət büdcəsindən maliyyələşən:
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və aparatı, Gəncə bölməsinin aparatı,
Heydər Əliyev Mərkəzi,
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi,
"Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi,
Atatürk Mərkəzi,
Dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri,
Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu,
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu,
Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Film Fondu,
Prezident yanında Elmin İnkişafı Fondu,
Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu,
Prezident yanında Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyi,
Prezident yanında Gənclər Fondu,
Prezident yanında Bilik Fondu,
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.
Eləcə də bax: Prezident əmək haqqlarını artırdı - SƏRƏNCAM
Bundan başqa, sərəncamda Nazirlər Kabinetinə dövlət orqanlarının tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən qurumların dövlət qulluqçusu olmayan işçilərinin (Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan işçilər istisna olmaqla) vəzifə maaşlarının orta hesabla 10 faiz artırılmasını təmin etmək tapşırılıb.