Veysəloğlu Şirkətlər Qrupu
23 il təcrübəyə malik, 12 şirkətdə 9500 nəfərdən artıq sayda komandamıza qoşulmağa Sizi dəvət edirik!
Vəzifəniz: İnsan Resursları Mütəxəssisi
Təcrübə, bilik və bacarıqlarınız:
Ali təhsil
Müvafiq sahədə minumum 2 il iş təcrübəsi
Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə biliklər
Elektron hökümət portalında sərbəst istifadə bacarığı
MS Office proqramlarında sərbəst istifadə bacarığı
Logo Tiger proqramından sərbəst istifadə bacarığı arzuolunandır
Yaxşı səviyyədə ingilis və rus dili biliyi arzuolunandır
Sənədləşmə və yazışma işlərini yüksək səviyyədə aparma bacarığı
Daim inkişafa meyillilik
Dürüstlük, obyektivlik və təşəbbüskarlıq
Görəcəyiniz işlər:
Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara uyğun işçilərin qəbulu, transferi, vəzifə artımı, işdən azad edilmə və s. sənədlərin rəsmiləşdirilməsi, məlumatların elektron hökümət portalına daxil edilməsi
Əmək kitabçalarına lazımı məlumatların qeyd edilməsi
İşçilərin şəxsi işlərinin hazırlanması və qorunması
Çalışanlara cari və keçmiş əmək fəaliyətləri haqqında arayışlar vermək
Məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək
İşçilər haqda məlumatları özündə cəmləşdirən məlumat bazası ilə işləmək, lazımi dəyişikliklərin oraya daxil edilməsi
Sizə nə vəd edirik:
Rəqabətədavamlı əmək haqqı
Müddətsiz əmək müqaviləsi
Hədəfli karyera inkişafı və cəlbedici daxili və xarici təlimlər
Dinamik iş şəraiti
İşgüzar və mehriban kollektiv
Nəqliyyat təminatı
Ləzzətli nahar yeməyi
Komandamıza qoşulmaq üçün CV-nizi [email protected] ünvanına “İnsan Resursları Mütəxəssisi” qeyd etməklə göndərə bilərsiniz.