Vəzifə: Baş aşpaz (Entree Azərbaycan MMC)
İş yeri: Azərbaycan, Bakı şəhəri, Dilarə Əliyeva küçəsi 220 (28 May filialı)
İş təcrübəsi: 3-5 il
Təhsil: Müvafiq sahə üzrə peşə təhsili
Yaş həddi: 25-40
İşin Təsviri: Yüksək keyfiyyətli yeməklərin bişirilməsi prosesinə nəzarətin təmini.
Vəzifə öhdəlikləri:
- Reseptlərə əsasən yeməklərin bişirilməsinə nəzarət etmək;
- Gün ərzində gərəkli olan bütün ərzaqları öncədən bildirmək;
- İstifadə olunacaq inqrediyentlərin təmizliyinə və yüksək keyfiyyətdə olmasına nəzarət etmək;
- Sifarişlərin vaxtında yerinə yetirilməsinə nəzarət etmək;
- Mətbəxdə istifadə edilən alət və ləvazimatların həmişə təmiz və işlək qaydada olmasına nəzarət etmək.
Tələblər:
- Ərzaqların saxlama müddətlərini və şərtlərini bilməli;
- Hazırlanmış məhsulların düzgün saxlanma qaydalarını bilməli;
- Mətbəxdə istifadə edilən avadanlıqların düzgün və təlimatları üzrə istifadə qaydalarını bilməli;
- Məhsullardan hazırlanan yarımfabrikatların keyfiyyətinə qoyulan tələbləri bilməli;
- Xammal və məhsulların kulinar emalı qaydalarını bilməli;
- İşgüzar ünsiyyət və peşə etiketi qaydalarına əməl etməli;
- İş saatlarında çevik olmalı, gərgin iş qrafikində dəqiq və səmərəli işləməli;
- Səliqəli görkəmə və gigiyenik təmizliyə riayət etməli;
- Otel və restoran sistemində baş aşpaz kimi 3-5 il iş təcrübəsi;
- Rus və ingilis dili biliyi.
Təminatlar:
- Bir gün istirahət günü;
- Nahar ilə təmin edilmə.
İş qrafiki: Tam iş qrafiki.
Qeyd: Vakansiya üzrə tələb qadın namizədlərədir.
Müraciət qaydaları: CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Baş aşpaz-Entree” yazıb göndərməklə müraciət edilir.