Birləşmiş Ərəb Əmirlikləri KİV-lərinin yaydığı məlumata görə, ölkənin “Etisalat” mobil operatoru valideynlərin internetə nəzarət etməsi üçün “Circle with Disney” qurğusunu yaradıb.
FED.az xəbər verir ki, “Circle with Disney” valideynlərə övladlarının internetdə nə qədər çox qalmasına nəzarət etməyə, uşaqların internetdə təhlükəsizliyini təmin etmək məqsədilə onların daxil ola biləcəyi saytları nəzərdən keçirməyə imkan verir.
Qeyd edilir ki, bu məhsul “Etisalat” ilə internetə qoşulmuş qurğuların idarə edilməsi üçün məhsulların aparıcı istehsalçısı olan “Circle Media Labs” arasında tərəfdaşlıq sayəsində ərsəyə gəlib. Qurğu vasitəsilə valideynlər ailənin hər bir üzvü üçün unikal profil yarada, əlavələr və veb-saytlar üçün vaxt məhdudiyyəti qoya, ailənin hər bir üzvü üçün filtrasiya səviyyəsi qura və düyməni basmaqla internetə girişi dayandıra bilər.