Azərbaycanda ünvanlı sosial yardımların verilməsində yumşalmalar və sadələşdirmələr nəticəsində indi daha çox ailə yardım ala biləcək.
FED.az xəbər verir ki, bu barədə Canlı Yayımda keçirilən mətbuat konnfrasnda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.
Onun sözlərinə görə, ötən il torpaq mülkiyətçiliyi ilə bağlı maneələrin aradan qaldırılması nəticəsində daha 5 min ailə və ya 20 min nəfər ünvanlı sosial yardım ala bilib.
Bundan başqa, ünvanlı yardım üçün minimal yaşayış meyarı da artırılaraq 143 manatdan 160 manata qaldırılıb.
«Bu bir ailə üçün 70 manatdan artıqdır və həm yardımın həcmini, həm də proqrama düşənlərin sayını artıracaq» - deyə nazir bildirib.
«Eştiyac meyarının dəyişməsi və artırılması o deməkdir ki, artıq ailədə adambaşına gəlirin 160 manatdan az olduğu ailələr də ünvanlı yarım ala biləcək. Yəni 4 nəfərlik ailə üzrə olan ailənin ümumi gəliri 640 maaidan azdırsa, onlara yardım veriləcək.
Bundan başqa, sosial yardım üçün müraciət forması da sadələşəcək. «Belə ki, bəzən sosial müdafiəyə ehtiyacı olanlar elektron müraciəti doldurmaqda çətinlik çəkirlər. Bu prosesi sadələşdirəcəyik və müraciətlər nazirliyin yerli şöbələrində də qəbul ediləcək, burada onlar üçün yarım masaları yaradılacaq».
Paralel olaraq sosial yardım üçün müraciət edənlər, onların şəraiti daha ciddi yoxlanacaq. «Yoxlama zamanı audio-video manitorinq imkanlarından da istifadə ediləcək ki, hər hansı neqativ sövdələşmələrin qarşısı alınsın»-deyə nazir bildirib.