2021-ci ilin mart ayında 1 ailəyə ödənilən ünvanlı dövlət sosial yardımın məbləği 246 manat təşkil edib.
FED.az xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib ki, bu da ötən ilin müvafiq dövrü ilə (mart ayı) müqayisədə 11.6% artım deməkdir. (Apa)