Türkiyədə bu ilin iyul ayına olan işizlik rəqəmləri açıqlandı. FED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İyul ayında bir əvvəlki ilin eyni ayına görə işsizlik nisbəti 0,1 bal artaraq 10,8% oldu. İşsizlərin sayı gəldikdə 88 min nəfər artaraq 3 milyon 531 min nəfərə çatıb. Qeyd edək ki, iyun ayında işsizlik səviyyəsi 10,2% təşkil edib.
2018-ci ilin iyul ayında işləyənlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 507 min nəfər artaraq 29 milyon 265 min nəfər, məşğulluq səviyyəsi isə 0,2 bal artaraq 48,2 faiz olub.
2018-ci ilin iyul ayında işçi qüvvəsi ötən ilin eyni dövrünə nisbətən 596 min nəfər artaraq 32 milyon 796 min nəfər, işçi qüvvəsi iştirak payı isə 0.3% artaraq 54% olmuşdur. Eyni dövrlər üçün edilən müqayisələrə görə; kişilərin işgücünə qoşulma dərəcəsi 0,3 bal artımla 73,8%, qadınlarda isə 0,4 bal artımla 34,7% təşkil etmişdir.
2018-ci ilin iyul ayında heç bir sosial təminat müəssisəsi olmayan işçilərin nisbəti bir əvvəlki ilin eyni dövrünə nisbətən 0,9 faiz azalaraq 34,3 faiz səviyyəsində reallaşmışdır. Qeyri-kənd təsərrüfatı sektorunda qeydiyyata alınmamış işçilərin faizi əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyişməz olaraq 22,2% təşkil etmişdir.
Türkiyədə işizlərin sayı artıb - RƏQƏMLƏR
12:20
15 Okt 2018