Bu gün Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində partlamamış hərbi tapılıb.
ELƏCƏ DƏ BAX: 2,5 ton ət – MƏHV EDİLDİ
Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) FED.az-a verilən məlumata görə, Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis idarəsinin əməkdaşları tərəfindən birlikdə buradakı Sumqayıt Texnologiyalar Parkının (STP) ərazisinə baxış keçirilib.
Nəticə 7 ədəd top mərmisi aşkar olunub. 3 ədəd mərminin daşınması mümkün olduğuna görə zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb, 4 ədəd mərminin daşınması təhlükəli olduğu üçün növbəti iş günündə yerində zərərsizləşdirilməsi nəzərdə tutulur.
Texnologiya parkının ərazisində mərmi – TAPILDI

19:44
21 Noy 2018