İlkin proqnozlara görə, iyunun 1-i axşamdan başlayaraq, ölkə ərazisində temperatur yenidən enəcək.
Bunu FED.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İctimai təşkilatla iş, ekoloji maarifləndirmə və elm sektorunun müdiri Umayra Tağıyeva bildirib.
Nazirlik rəsmisinin sözlərinə görə, iyunun 1-də gündüz 28-30 dərəcə isti olacağı gözlənilir. Lakin iyunun 1-i axşamdan başlayaraq temperatur 3-5 dərəcə enəcək, nəticədə iyunun 2-3-də Bakı və Abşeron yarımadasında nisbətən sərin hava şəraiti müşahidə ediləcək. Həmin günlərdə temperaturun müsbət 22-25 dərəcə olacağı gözlənilir.