Sumqayıt Texnologiyalar Parkı MMC
Vəzifənin adı: Korporativ müştərilərlə iş üzrə satış nümayəndəsi (İnşaat sektoru)
Vəzifə öhdəlikləri:
• Potensial korporativ müştərilərin cəlb edilməsi, müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə işgüzar əlaqələrin qurulması;
• Potensial müştərilərin müəyyənləşdirilməsi və əlaqələrin yaradılması, mövcud korporativ müştərilərlə əlaqələrin möhkəmləndirməsi sahəsində işlərin aparılması;
• İşgüzar və korporativ danışıqların aparılması;
• Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
• Yeni və mövcud layihələr üzrə satış strategiyasının icra edilməsi;
• Keçirilən aksiya və kampaniyalar haqqında müştərilərin məlumatlandırılması;
• Gündəlik, həftəlik, aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
• Korporativ satış planının yerinə yetirilməsi.
Təhsil/Təcrübə:
• Marketinq və satış sahəsində ali təhsil;
• Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
• Sürücülük vəsiqəsi və şəxsi avtomobili olmalı, habelə 2 il sürüçülük təcrübəsi olmalıdır;
• Microsoft Office proqramlarını yüksək səviyyədə bilməli;
• Azərbaycan, Rus dillərini mükəmməl, İngilis dilində yaxşı səviyyədə bilməli;
• Məsuliyyətli və güclü analitik olmalı;
• Korporativ satış sahəsinin nəzəri və praktiki biliklərin texnikaları bilməli, habelə müştəriyönümlü satış etmək bacarığının olmalı;
• Prezentasiya bacarığı olmalı;
• Yaş həddi: 25-45;
• Bakı şəhərini və rayonları yaxşı tanımalı, habelə aktiv şəkildə ezamiyyətlərə hazır olmalı.
Əlavə məlumatlar:
• Maaş: razılaşma əsasında + satışdan faiz;
• Şirkət tərəfindən yanacaq və avtomobilin amortizasiya xərcləri habelə şirkət tərəfindən naharla və korporativ nömrə ilə təmin edilmə;
E-mail: [email protected]