2017-ci ilin yanvar-noyabr aylarında ölkədə 63 milyard 71,3 milyon manat və ya əhalinin hər nəfərinə 6481,8 manat məbləğində ümumi daxili məhsul istehsal edilmişdir. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Komitənin açıqladığı məlumat yarımçıqdır. İqtisadiyyatın ötən ilin anoloji dövrü ilə müqayisəsi təqdim edilməyib.
Qeyd olunur ki, ÜDM istehsalının 40,1 faizi sənayenin, 10,1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrinin, 8,8 faizi tikintinin, 6,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizi informasiya və rabitə sahələrinin, 17,0 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 7,7 faizini təşkil etmişdir.
İqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,4 faiz artmış, neft bölməsində isə 5,1 faiz azalmışdır.