Almaniyanın "Siemens" şirkəti bütün dünya ərzində 6,9 min iş yerini ləğv edəcək.
FED.az xəbər verir ki, "TASS"ın məlumatına görə, bu barədə şirkətin oktyabrın 16-da yaydığı bəyanatda bildirilir
Məlumata əsasən, ləğv olunan iş yerlərinin təxminən yarısı Almaniyaya aid olacaq. Almaniyada şirkət azı 2 zavod bağlayacaq.
Qeyd edək ki, "Siemens AG" elektronika və elektrotexnika istehsalçıları arasında aparıcı şirkətlərdən biridir. Hazırda şirkətdə bütün dünya üzrə 342 min insan çalışır.