Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi ilə bağlı xəbərdarlıq edib.
Nazirlikdən FED.az-a verilən məlumata görə, mayın 8-i axşam qərb rayonlarından başlayaraq mayın 11-dək bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, çaylarda sululuğun artacağı ehtimalı var.