Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub. Hazırda işsiz şəxslərin qeydiyyatı yalnız elektron qaydada aparılır.
Eləcə də bax: Daha 20 min işsiz üçün birdəfəlik ödəniş - HƏYATA KEÇİRİLDİ
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC-də işsiz şəxslərə 190 manat birdəfəlik ödəmənin verilməsinə başlanılıb.
FED.az Banker.az-a istinadən xəbər verir ki, “azerpost.az” saytında “Birdəfəlik ödəmənin verilməsi haqqında məlumata” daxil olaraq şəxsiyyət vəsiqəsinin seriyasını və ya PİN kodu daxil etməklə məlumat almaq mümkündür.
Qeyd edək ki, vətəndaşların müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə birdəfəlik ödəmə barədə də SMS göndərilir.
Aşağıda Ekspert Rauf Qarayev bu haqda video izahat vermişdir.