Bakıda Türkiyə vətəndaşı azərbaycanlı qadına qarşı dələduzluq edib.
FED.az-ən məlumatına görə, hadisə Nizami rayonu ərazisində baş verib.
ELƏCƏ DƏ BAX: Maşını alıb pulunu ödəməyən şəxsi tutdular
Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Piriyeva Şəhla Sabir qızı polisə müraciət edərək bildirib ki, 2018-ci ilin fevral ayında Türkiyə vətəndaşı Mehmet adlı şəxs Amerika Birləşmiş Ştatlarına viza düzəltmək adı ilə onu aldadaraq Qara Qarayev prospekti, 64 ünvanında, "Ailə market"in qarşısında ondan 14 min dollar alıb.
Faktla bağlı araşdırmalara başlanıb.
Qadının 14 minini aldı – ARAŞDIRMA BAŞLADI
21:25
7 Dek 2018