Prezidenti İlhm Əliyev Naxçıvanda həyata keçirilən layihələrə üst-üstə 55 milyon manat pul ayırıb.
FED.az xəbər verir ki, bu vəsaitin böyük hissəsi Culfa–Ordubad magistral yolunun tikintisinə ayrılacaq. Belə ki, dövlət başçısının bu yolun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamına görə, Azərbaycanın dövlət büdcəsindən Naxçıvan MR-ın Nazirlər Kabinetinə 30 milyon manat ayrılıb.
Prezidentin digər bir sərəncamı ilə, gücü 36 MVt olan Ordubad Su Elektrik Stansiyasının tikintisinin davam etdirilməsi üçün büdcədən Naxçıvan MR-ın Nazirlər Kabinetinə 10 milyon manat ayrılıb.
Daha 10 milyon manat isə Naxçıvan MR-ın sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün ayrılıb.
Nəhayət, digər sərəncamla, “Pilvot” layihəsi çərçivəsində 1000 hektar əkin sahəsində müasir suvarma (yağışyağdırma) sistemlərinin quraşdırılması işlərinin davam etdirilməsi məqsədi ilə 2018-ci il dövlət büdcəsindən Naxçıvan MR Nazirlər Kabinetinə 5 milyon manat ayrılıb.