Azərbaycanda xam neft və qaz hasilatı üzrə çalışan qeyri-dövlət sektorunun işçilərinin orta aylıq əməkhaqları son bir ildə 5% və ya 244 manat azalıb.
Eləcə də bax: Azərbaycanın bu rayonunda – ORTA MAAŞ 1700 MANATDIR
FED.az Banker.az-a istinadən məlumat verir ki, ölkə üzrə qeyri-dövlət sektorunda ən böyük əmək haqqı alanların 2019-cu ilin IV rübü başlarkən əməkhaqkar 4 892 manat/aylıq təşkil edib (bu barədə DSK-dən məlumat verilir). Halbu ki, 2018-ci ilin eyni dövründə bu şəxslər ortalama 5 136 manat/aylıq əməkhaqqı alırdılar.
Xatırladaq ki, ölkədə BP, TOTAL, LUKOYL, SHELL, TPAO, Petronas, Equinor və s. kimi xarici şirkətlərlə yanaşı yerli bir neçə şirkətdə neft və qaz emalında iştirak edirlər.Əməkhaqlarının azalması ilə yanaşı neftçilərin özəl sektor üzrə sayı da azalıb. Məslən, 2019-cu ilin IV rübü başlarkən ümumi işçilərin sayı 11 300 nəfər təşkil edib. Öncəki ilin analoji dövründə isə bu sektor üzrə 11 573 nəfər işçi çalışırdı. Bu illik 2,4% azalma olması deməkdir.
ABŞ-ın Chevron və ExxonMobil neft-qaz şirkətləri isə 2018-ci ildə Azərbaycandan getmələri barədə açıqlamalar yaymışdılar.