Sosial

Özəl klinikada çalışan həkimlərin – CİDDİ PROBLEMİ YARANIB

Özəl klinikada çalışan həkimlərin – CİDDİ PROBLEMİ YARANIB | FED.az
20:26 23 Yan 2019

Azərbaycanda 2019-cu ildən başlayaraq aparılan vergi siyasəti nəticəsində özəl səhiyyə müəssisələrinə nəzarət artırılıb.
 
FED.az-ın məlumatına görə, bunu “Facebook” sosial şəbəkəsindəki səhifəsində  vergi eksperti Vəli Əliyev yazıb.
 
V. Əliyev qeyd edib ki, nəticədə klinikalar həkimlərlə "ənənəvi" qaydada işləyə bilmirlər:  
 
ELƏCƏ DƏ BAX: Elnur Əkbərov: “Rinoplastika əməliyyatının xərci çox fərqlənir” - MÜSAHİBƏ
 
“Yəni əmək haqqı rəsmi qaydada verildikdə tibbi xidmətin haqqı da artmış olur ki, bu da pasient itkisi, pasient narazılığı (bahalı tibbi xidmət) ilə nəticələnir. Kimlərsə həkimlərə məsləhət görürlər ki, ay həkim, get VÖEN al, kabineti isə klinikadan icarəyə götür və rahat 2% vergini ödə və müalicə işini davam etdir. Tibb fəaliyyəti lisenziya tələb olunan fəaliyyətdir. Lisenziya tələb olunan fəaliyyət isə sadələşdirilmiş vergi ödəyicisi ola bilməz. Eyni zamanda həkim kabinet icarəyə götürürsə, lisenziya da almalıdır. Lisenziyasız fəaliyyət qanunsuz sahibkarlıq fəaliyyəti hesab olunur və inzibati və cinayət məsuliyyətə səbəb olur.
 
Yanlış yol göstərib həkimləri bədbəxt etməyin! Həkimin yaxasını müfəttişin əlinə verməyin!”.

Digər xəbərlər

Banner