2019-cu ildə əhalinin məşğulluq imkanlarının artırılması sahəsində tədbirlərin həyata keçirilməsinə dövlət büdcəsindən 80 mln. manat xərclənib.
Eləcə də bax: Dövlət şirkətləri ötən il büdcəyə proqnozdan - 77% AZ DİVİDEND ÖDƏYİB
FED.az bu barədə “2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə istinadən xəbər verir.
Nəticədə, hesabat ilində 38 min ictimai iş yeri yaradılıb və işsiz vətəndaşlar müvafiq işlərlə təmin olunub.
Qeyd edək ki, Sosial müdafiə və sosial təminat sahəsində əhalinin məşğulluq imkanlarının artırılması, aztəminatlı ailələrin,sağlamlıq imkanları məhdud olan şəxləri sosial rifah halının yaxşılaşdırılması, xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi məqsədilə həyata keçirilmiş dövlət proqramlarının və tədbirlərin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 219,1 milyon manat vəsait ayrılmaqla, aztəminatlı ailələrin sosial rifah halının yaxşılaşdırılması üçün ünvanlı sosial yardımın verilməsinə 38,8 milyon manat, sosial müavinətlərin və təqaüdlərin ödənilməsində yaranmış əlavə tələbatın maliyyələşdirilməsi üçün 32,8 milyon manat, xüsusi qayğıya ehtiyacı olan uşaqlara Qeyri Hökumət Təşkilatları tərəfindən sosial reabilitasiya xidmətlərinin göstərilməsi ilə bağlı xərclər üçün 2,0 milyon manat, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının “Kurort” Səhmdar Cəmiyyəti tərəfindən məcburi köçkünlərə xidmət xərcləri üçün 0,2 milyon manat və digər tədbirlərə 13,1 milyon manat vəsait yönəldilib.
"apa"