Nazirlər Kabineti “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə dəyişikliklər edib.
FED.az-ın məlumatına görə, qüvvədə olan Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsinə əsasən dövlət ümumtəhsil məktəblərində təhsil pulsuzdur.
ELƏCƏ DƏ BAX: “Oksford”da oxumaq istəyənlərə verilən – QƏRİBƏ SUALLAR
Dəyişikliyə əsasən artıq “Təhsil haqqında” qanununa uyğun olaraq dövlət təhsil müəssisələrində ümumi təhsil pilləsinin dövlət standartlarını əhatə edən tam orta təhsil pulsuz olacaq. Ancaq dövlət təhsil müəssisələri dövlət standartlarından əlavə tədris edilən beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarını ödənişli əsaslarla təşkil etmək hüququna malik olacaq.
Nizamnaməyə görə ümumtəhsil məktəbinin I sinfinə hər il sentyabrın 15-dək 6 yaşı tamam olmuş uşaqlar qəbul edilirlər. Bununla belə, həmin müddətdə 6 yaşı tamam olmayan, lakin xüsusi istedadı ilə fərqlənən uşaqlar Təhsil Nazirliyinin müəyyən etdiyi qaydada I sinfə qəbul oluna bilərdilər. Artaq bu tələb də dəyişir. Bundan sonra valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul ediləcəklər. Həm də xüsusi proqram əsasında təhsilverən təhsil müəssisələri istisna olmaqla, ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan təhsilalanlar həmin təhsil müəssisəsinə ilk növbədə qəbul olunacaqlar.
Nazirlər Kabinetinin qərarına əsasən “Təhsil haqqında” qanuna 12iyun 2018-ci ildə edilən dəyişiklik ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsində də əksini tapıb. Başqa sözlə, ümumtəhsil məktəbində psixoloji xidmət təşkil olunacaq. Həm də dövlət ümumtəhsil məktəbi attestasiyadan deyil, sertifikatlaşdırmadan keçəcək.
Orta məktəblərdə ödənişli təhsil olacaq - QAYDA
00:42
13 Noy 2018